×
A
A
A
Sazlamalar

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 25 aprel, AZƏRTAC

Yanvar-mart aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 47,5 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 35,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 8,7 faiz artıb.
Ölçmə cihazlarının istehsalı 2,5 dəfə, stolüstü kompüterlərin istehsalı isə 67,4 faiz çoxalıb.

 

İKT 2023-04-25 10:51:00