×
A
A
A
Sazlamalar

FHN: Biləsuvarda yaşayış binasında partlayış nəticəsində yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir

Bakı, 25 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində yaranmış dağıntı ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bu barədə AZƏRTAC-a FHN-dən məlumat verilib.
“Hazırda əməliyyat xüsusi texnikanın tətbiqi ilə həyata keçirilir. axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir.

Hadisə 2023-04-25 01:10:00