×
A
A
A
Sazlamalar

FHN: Yasamalda binada baş vermiş yanğın zamanı ölən və ya xəsarət alan olmayıb

Bakı, 24 aprel, AZƏRTAC

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində taxta konstruksiyalardan ibarət 3 eyvan ümumilikdə təxminən 10m² sahədə, 5-ci mərtəbəsində 2 eyvan ümumilikdə 8m² sahədə və eyvanlardan otaqlara giriş qapı-pəncərələri yanıb. Yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. Yanğın zamanı FHN Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən bina sakinləri operativ olaraq təxliyə edilib. Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Hadisə 2023-04-24 23:47:00