×
A
A
A
Sazlamalar

Zaqatalada zəlzələ baş verib

Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Zaqatala seysmoloji stansiyasından 16 kilometr cənub-qərbdə - Zaqatala rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 15:22-də qeydə alınan zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.8-ə bərabər olan zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Ekologiya 2023-04-24 16:36:00