×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli

Bakı, 24 aprel, AZƏRTAC

Formula 1 çempionatında dördhəftəlik fasilə başa çatır. Aprelin son istirahət günlərində Bakı trasında Azərbaycan Qran-Prisi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, mərhələ 2023-cü il mövsümündə ilk dəfə olaraq sprintlə birgə formatda təşkil olunacaq. Qısa şənbə yürüşünə şənbə günü səhər ikinci məşq ilə birgə ayrıca təsnifat keçiriləcəyi istisna olunmur. Əlavə təsnifat sessiyasının keçirilməsi üçün Formula 1 komandalarının səsverməsi çərşənbə axşamı – aprelin 25-də təşkil olunacaq.
Formula 1 Azərbaycan Qran-Prisinin cədvəli:

28 aprel, cümə
13:30-14:30 Birinci məşq
17:00-18:00 Təsnifat

29 aprel, şənbə
13:30-14:30 İkinci məşq və ya sprint üçün təsnifat
15:30 Sprint

30 aprel, bazar
15:00 Yürüş.

İdman 2023-04-24 13:12:00