×
A
A
A
Sazlamalar

Azərbaycan Qran-Prisi: İlkin hava proqnozu

Bakı, 24 aprel, AZƏRTAC

Formula 1 çempionatının Azərbaycan Qran-Prisi üçün ilkin proqnoz yürüş həftəsonunda buludlu hava vəd edir.
AZƏRTAC xəbər verir ki, Bakıda üç gün ərzində hava əksər hallarda tutqun olacaq, şənbə və bazar günü külək gözlənilir. Bununla yanaşı, uik-end günlərində yağıntı ehtimalı 15 faizi üstələmir. Cümə, şənbə və bazar günlərində müsbət 21 dərəcə, yəni əlverişli temperatur gözlənilir.
Xatırladaq ki, ötən il Azərbaycan Qran-Prisinin bütün sessiyaları quru trasda keçmişdi.

İdman 2023-04-24 12:27:00