×
A
A
A
Sazlamalar

“William Hill” Azərbaycan Qran-Prisində qələbəyə qoyulan mərclərin məzənnəsini dərc edib

Bakı, 24 aprel, AZƏRTAC

“William Hill” bukmeker kontoru Formula 1 çempionatının Azərbaycan Qran-Prisində qələbəyə qoyulan mərclərin məzənnəsini dərc edib.
AZƏRTAC xəbər verir ki, bukmekerlər hazırkı dünya çempionu Maks Ferstappeni Bakıda favorit hesab edirlər. Onun qələbə şansı ortağı Serxio Peres ilə müqayisədə dörd dəfədən çox dəyərləndirilir. Cari mövsümün ilk yürüşlərində üç dəfə finiş xəttinə üçüncü çatmış Fernando Alonso reytinqdə üçüncü yeri tutur.
Çempionatda qələbəyə qoyulan mərcdə Maks Ferstappen şəksiz favoritdir. Bukmekerlər praktik olaraq şübhə etmirlər ki, “Red Bull Racing” komandasının pilotu mövsümün yekunlarına görə üçqat dünya çempionu olacaq. Serxio Peresin Maksa rəqib olacağı ehtimalı bukmekerlərin fikrincə olduqca aşağıdır. Digər pilotların titul almaq şansları demək olar ki, yalnız nəzəri cəhətdən mümkündür.
“Red Bull Racing” – Konstruktorlar Kubokunda qələbəyə favoritdirlər. “Mercedes”in şansı “Aston Martin” və “Ferrari” komandalarından yüksək dəyərləndirilir.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30 tarixlərində paytaxt Bakıda keçiriləcək.

İdman 2023-04-24 11:38:00