×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 44 min ipoteka krediti verilib

Bakı, 24 aprel, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 44 min ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 566 milyon 532 min 946 manatdır.

Maliyyə 2023-04-24 11:32:00