×
A
A
A
Sazlamalar

Saxta veb-səhifə vasitəsilə vətəndaşlardan bank və digər fərdi məlumatları tələb olunur

Bakı, 24 aprel, AZƏRTAC

“AsanPay” ödəniş platforması adından “asanodeme.com” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif olunur.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, saxta veb-səhifə vasitəsilə vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.
Xidmət vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirmələrini tövsiyə edir.

 

İKT 2023-04-24 11:30:00