Tovuzda evdə partlayış olub, xəsarət alan var
Bakı, 23 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tovuz rayonu, İbrahimhacılı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1975-ci il təvəllüdlü Rüstəmov İlqar Oruc oğluna məxsus ümumi sahəsi 80 kvadratmetr olan ikiotaqlı köməkçi tikilidə ilkin ehtimala görə məişət qaz balonunun sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının təsirindən tikiliyə ziyan dəyib və yanğın nəticəsində köməkçi tikilidə ev əşyaları 5 kadratmetr sahədə yanıb. Ev sahibi İ.Rüstəmov aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO