×
A
A
A
Sazlamalar

Ağstafa rayonunun Həsənsu kəndində kömür sexində baş verən partlayış nəticəsində iki nəfər həlak olub VİDEO

Bakı, 22 aprel, AZƏRTAC

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində iki nəfərin ölümü ilə nəticələn partlayışın baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
İlkin araşdırmalar zamanı ölən şəxslərin Ağstafa rayonunun Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olmaları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2023-04-22 21:47:00

Video