×
A
A
A
Sazlamalar

Bərdə rayonunda ov tüfəngindən atəş açaraq qonşusuna xəsarət yetirən şəxs tutulub

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov qonşusu, 1993-cü il təvəllüdlü Elşad Məmmədova şəxsi münasibətlər zəminində ov tüfəngindən atəş açaraq xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, E.Məmmədov xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2023-04-22 21:07:00