×
A
A
A
Sazlamalar

Zaqatalalı kümçülərə 760 qutu ipəkqurdu paylanılacaq

Zaqatala, 22 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 760 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti aprelin 26-da başa çatacaq və əldə olunacaq ipəkqurdları bölgü əsasında rayonun kümçülərinə paylanılacaq.
Məntəqənin müdiri Faiq Köngülov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 200-dən çox kümçü ilə müqavilə bağlanılıb. Barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün təsərrüfatlarda zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb.

Kənd təsərrüfatı 2023-04-22 14:26:00