×
A
A
A
Sazlamalar

Şamaxıda 18 yaşlı oğlan qətlə yetirilib

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də saat 7 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki cinayət əməlini törətməkdə şübhəli bilinən
onun əmisi oğlu 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Hadisə 2023-04-22 08:15:00