×
A
A
A
Sazlamalar

Bu ilin ilk rübündə ƏƏSMN-nin e-xidmətlərinə 1,2 milyon müraciət qeydə alınıb

Bakı, 21 aprel, AZƏRTAC

Bu ilin ilk rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 1,2 milyon müraciət qeydə alınıb
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə e-sosial.az portalından 2,5 milyon dəfə istifadə olunub.
Qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin edilir və I rübdə Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə sorğu sayı 29,7 milyon olub.
Son 3 ayda e-sosial.az portalının aktiv istifadəçilərinin sayı artmaqda davam edərək 1 milyon 326 minə çatıb. Həmin dövrdə portaldan 2,5 milyon dəfə istifadə olunub.

Sosial 2023-04-21 11:37:00