×
A
A
A
Sazlamalar

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri iki gün işləməyəcək

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 21-22-də Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 23-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd olunub ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Sosial 2023-04-20 21:15:00