×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda yerləşən yol ötürücüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 20 aprel, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə (20 Yanvar dairəsindən “Koroğlu” metro stansiyası istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, aprelin 21-dən 22-nə keçən gecədən etibarən aprelin 23-ü saat 13:00-dək tətbiq ediləcək.
Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2023-04-20 16:42:00