×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2071024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9618.4675 (8,5 faiz) manat və 9684.1045 (6,99 faiz) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 milyon 810 min manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9623.2189 (8,39 faiz) manat, orta ölçülmüş qiyməti isə 9648.7258 (7,8 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar oktyabrın 5-də ödəniləcək.

Maliyyə 2023-04-20 15:23:00