×
A
A
A
Sazlamalar

Martda bankların kredit portfeli artıb

Bakı, 20 aprel, AZƏRTAC

Mart ayında bankların kredit portfeli 1,4 faiz və ya 281,2 milyon manat artaraq 20,038.6 milyon manat olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu bu cür formalaşıb: biznes kreditləri – 54,8 faiz (10,971.4 milyon manat), istehlak kreditləri – 29,7 faiz (5,942.4 milyon manat) və ipoteka kreditləri – 15,6 faiz (3,124.8 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9 faiz bəndi azalaraq 2,9 faiz olub.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81,9 faizi və ya 31,933.2 milyon manat). Depozit portfelinin 63,3 faizi (20,213.7 milyon manat) hüquqi şəxslərin, 36.7 faizi (11,719.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Hesabat ayında bankların əmanət portfeli 0,6 faiz və ya 65,5 milyon manat artıb. Əmanət portfelinin 53,9 faizi (6,311.4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,319.7 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85,7 faizini təşkil edib.

Maliyyə 2023-04-20 13:52:00