×
A
A
A
Sazlamalar

Eşitmə məhdudiyyətli şəxslər üçün növbəti peşə kursu başlayıb

Bakı, 20 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində Azərbaycan Karlar Cəmiyyətinin üzvləri üçün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə kursa start verilib.
Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-a bildirilib ki, 14 nəfərin cəlb olunduğu hazırlıq kursu 2 ay davam edəcək. Tədris müddəti başa çatdıqdan sonra imtahanları müvəffəqiyyətlə verən şəxslərə sertifikat təqdim olunacaq və onlar “Atek Uniform” və “Kirpi Tekstil” MMC-də işlə təmin olunacaqlar.
Eşitmə məhdudiyyətli şəxslər üçün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə növbəti peşə kurslarının da təşkili nəzərdə tutulub.

 

 

Sosial 2023-04-20 09:59:00