×
A
A
A
Sazlamalar

FHN: Bakıda əl qumbaraları tapılıb VİDEO

Bakı, 20 aprel, AZƏRTAC

Bakıda əl qumbaraları tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 və 1 ədəd M-26 əl qumbarası olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

Hadisə 2023-04-20 09:09:00

Video