×
A
A
A
Sazlamalar

“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

Bakı, 19 aprel, AZƏRTAC

“Google Chrome” veb-brauzerində boşluq (CVE-2023-2033) aşkarlanıb.
AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, bu boşluğa “Chrome V8 JavaScript” mühərikkində növ qarışıqlığının zəifliyi səbəb olur. Boşluğun müvəffəqiyyətlə istismarı kiberdələduza uzaqdan ixtiyari kod icra etməyə imkan verir. Kiberdələduzların bu boşluqdan istifadə edərək sistemlərə, şəbəkələrə icazəsiz giriş əldə etməsi, fərdi məlumatları ələ keçirməsi, manipulyasiya etməsi və ya silməsi mümkündür.
Təhlükəsizliyə görə “Google Chrome” veb-brauzerinin dərhal “112.0.5615.121” versiyasına yenilənməsi tövsiyə olunur.

 

İKT 2023-04-19 11:12:00