×
A
A
A
Sazlamalar

ANAMA Tərtərdə baş vermiş partlayış hadisəsi ilə bağlı məlumat yayıb

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, partlayış nəticəsində 1980-cu il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə 2023-04-18 18:14:00