×
A
A
A
Sazlamalar

Bolqar bibəri ürək-damar xəstəliklərinin profilaktikası üçün faydalıdır

Bakı, 18 aprel, AZƏRTAC

Bolqar bibərinin yaşlı insanlar tərəfindən istehlakı ürək-damar xəstəliklərinin profilaktikası üçün faydalıdır.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu barədə müsahibəsində diyetoloq Mixail Qinzburq deyib. O, bolqar bibərini yaşlı insanların rasionunda ən yaxşı tərəvəzlərdən biri adlandırıb. Tibb işçisi bildirib ki, bibərin tərkibində antioksidant effektinə malik karotinoidlər, eləcə də sağlamlığı (xüsusən, ürək-damar sisteminin sağlamlığını) möhkəmləndirən digər maddələr var. Mütəxəssis dəqiqləşdirib ki, bolqar bibəri orqanizmin ürək-damar xəstəliklərinin inkişafından müdafiəsini yaxşılaşdıran mikroelementlər olan kalium və maqneziumun mənbəyidir. O vurğulayıb: “Bu qida məhsulunun qəbulu yaşla bağlı xəstəliklər – məsələn, hipertoniya ilə mübarizədə səmərəli kömək edir. Bolqar bibəri yaşla bağlı meydana gələn xəstəliklərin profilaktikasında çox yerinə düşür. Bunlar ateroskleroz, podaqra, hipertoniya xəstəliyidir”.
Diyetoloq Qinzburq əlavə edib ki, tərəvəzin tərkib hissələri sayəsində onun istehlakı hiperqlikemiya və şəkərli diabet əleyhinə müdafiəni yaxşılaşdırır. Bibərdə olan liflər şəkərin qana sorulmasının qarşısını alır, karotinoidlər isə yüksək qlükoza konsentrasiyasının zərərli təsirini neytrallaşdırır.

Sağlamlıq klubu 2023-04-18 18:07:00