×
A
A
A
Sazlamalar

Minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

Bakı, 18 aprel, AZƏRTAC

Ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonunun Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Hadisə 2023-04-18 16:54:00