×
A
A
A
Sazlamalar

Ölkəmizdə meyvəçilik sahəsində İsrailin qabaqcıl texnologiyalarının tətbiqi faydalı ola bilər

Quba, 18 aprel, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanda xüsusilə meyvəçilik sahəsində İsrailin qabaqcıl texnologiyalarının tətbiqi faydalı ola bilər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə İsrailin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Ticarət və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin şöbə rəhbəri Daniel Verner Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanışlıq zamanı bildirib.
İnstitutun direktoru İlham Qaraqurbanlı qonaqlara təhsil müəssisəsinin fəaliyyəti, icra olunan layihələr, laboratoriya və istixananın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Daniel Verner institutda fəaliyyət göstərən mikroklonal çoxaltma laboratoriyası, istixana kompleksi, yeni fəaliyyətə başlayan molekulyar biologiya laboratoriyasında müvafiq cihaz və qurğular, onların iş prinsipi, yeni metod və üsullarla tanış olub.
İsrailli qonaqlar Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahələrinə də baş çəkiblər.

 

Kənd təsərrüfatı 2023-04-18 15:38:00