×
A
A
A
Sazlamalar

“Məşğulluğa dəstək layihəsi”nə bu il daha 1220 işsiz şəxs cəlb edilib

Layihəyə cəlb olunanların sayı 7743-ə çatıb

Bakı, 15 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi”nə bu il daha 1220 işsiz şəxs cəlb edilib. Beləliklə, layihəyə cəlb olunanların sayı 7743-ə çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 5400-ə yaxın şəxsə artıq aktivlər verilərək istehsal və xidmət sahələri üzrə kiçik biznesləri yaradılıb.
Ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi məqsədi daşıyan layihənin iştirakçıları üçün əvvəlcə təlimlər təşkil olunur. Təlimlərdən sonra keçirilən qiymətləndirmədə biznes planlarını müdafiə edən şəxslər avadanlıqlarla təmin olunurlar.
Layihənin məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.) özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır.

Sosial 2023-04-15 13:17:00