×
A
A
A
Sazlamalar

Abşeron rayonunda “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirilib

Bakı, 15 aprel, AZƏRTAC

“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsi çərçivəsində Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib.
İctimai Birliyin İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Jalə Əhmədova, Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquqşünaslar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şəhid ailələri və müharibə iştirakçıları arasında dövlətin sosial siyasətinə ictimai dəstək sahəsində hüquqi maarifləndirmə işi aparmağın ictimai və hüquqi əhəmiyyətindən danışıblar.
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, layihəsini gerçəkləşdirməkdə əsas məqsəd şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək göstərməklə yanaşı Prezident, Ali Baş Komandan İlham Əliyevin sosial siyasət kursuna vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir. Birlik sədrinin dediyinə görə, şəhid ailələrini və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi məsələlərə kömək olmaq üçün Abşeron, İmişli və Binəqədi rayonlarında vəkillərin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri keçiriləcək.
Tədbirdə qeyd edilib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi tərəfindən uğurla reallaşdırılan layihənin icra planına uyğun olaraq “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib. Həmin kitabça şəhid ailələri və müharibə iştirakçılarına paylanılıb.

 

 

Sosial 2023-04-15 12:44:00