×
A
A
A
Sazlamalar

Fidan Hacıyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub

Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin yaradıcılıq studiyalarındakı təlim prosesini izləyən tanınmış opera ifaçısı floristika sahəsində bacarığını sınayıb.
Xalq artisti benefisiar Əkbər Məmmədovla birlikdə gül kompozisiyası hazırlayıb. Musiqi studiyasında benefisiarların məşqlərindən həvəslənən opera müğənnisi onlarla duetlər oxuyub. Fidan Hacıyeva benefisiar Xaliq Şərifov və Səbinə Əsgərova ilə birlikdə bir sıra məşhur musiqiçilərin repertuarında yer alan “Historia de un Amor” və “Besame Mucho” mahnılarını birlikdə ekspromt olaraq ifa ediblər.
Mərkəzdəki inklüziv yaradıcılıq mühiti, benefisiarların fərqli janrlarda əl işləri opera müğənnisində xoş təəssürat yaradıb.

Sosial 2023-04-15 12:54:00