×
A
A
A
Sazlamalar

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Bakı, 15 aprel, AZƏRTAC

Kiberdələduzlar tərəfindən vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə mesajlar göndərilir.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin mesajlar müəyyən internet informasiya ehtiyatına giriş məlumatlarını və balans vəsaitini əks etdirir.
Xidmət vətəndaşlara bu kimi mesajların tərkibindəki qeyd olunan veb-ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

 

İKT 2023-04-15 11:33:00