“Qırmızı kitab”a daxil olan bitkilərin kəsilərək daşınması və yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb
Bakı, 15 aprel, AZƏRTAC
Polis əməkdaşları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması istiqamətində Astara rayonu ərazisində keçirilən növbəti tədbirlər zamanı “Qırmızı kitab”a daxil olan bitkilərin kəsilərək daşınması və yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı Cəlilabad rayon sakini E.Əliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə keçirilən baxış zamanı oradan “Qırmızı kitab”da “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aid olan 16 min 800 ədəd “Budaqlı danaya” bitkilərinin budaqları aşkarlanıb. Fakt üzrə təbiətə 4200 manat ziyan vurulduğu müəyyən edilib.
Bundan əlavə, Astara rayonu ərazisində saxlanılan “QAZ-66” markalı avtomobilin yük yerindən isə qanunsuz olaraq kəsilmiş müxtəlif növ ağacların qalıqları aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl və qarışıq süxurların daşınmasının hallarına qarşı keçirdikləri ardıcıl yoxlama-nəzarət tədbirləri nəticəsində isə təkcə son 1 həftə ərzində 15 fakt aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO