Goranboyda mərkəzi ticarət bazarında nöqsanlar aşkarlanıb
Bakı, 14 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Goranboy şəhərinin A.Mustafayev küçəsi, məhəllə 5 ünvanında Əliyev Fuad Məmməd oğluna məxsus mərkəzi ticarət bazarında yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, gigiyena qaydalarına ciddi riayət olunmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb