×
A
A
A
Sazlamalar

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşları qəbul edib

Bakı, 14 aprel, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul rayonlarının sakinlərini qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşların pensiya və müavinət, digər sosial təminat növlərinə hüququn müəyyən olunması, mənzil və avtomobillə təminat, əlillik və reabilitasiya, aktiv məşğulluq proqramlarına cəlbolunma məsələlərinə dair müraciətləri dinlənilib. Müraciət edənlər arasında şəhid ailəsi üzvü və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq müvafiq mövzularda izahatlar verilməklə vətəndaşlar sosial müdafiə və aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya və sosial xidmətlərə cəlb edilmək üçün qeydiyyata alınıblar.

Sosial 2023-04-14 16:36:00