×
A
A
A
Sazlamalar

Kompüterdəki məlumatlarınızı “Ransomware” təhlükəsindən qoruyun

Bakı, 14 aprel, AZƏRTAC

“Ransomware” zərərli proqram növü olaraq kompüter fayllarını şifrələyir, məlumatlarınıza girişi mümkünsüz edir. Bir kompüterə düşərsə, bütün şəbəkədəki server və kompüterlərə yayıla bilər. “Ransomware” “bazarı” kiçik sayılmayacaq qədər böyükdür. Hər il şirkətlərə milyonlarla dollar zərər verir.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatlarınızı “Ransomware” təhlükəsindən qorumaq üçün aşağıda qeyd olunanlara əməl etməyiniz tövsiyə olunur:
-Mütəmadi olaraq fərdi məlumatlarınızın ehtiyat nüsxəsini yaradın;
-Cihazınızı və proqram təminatınızı ən son versiyaya yeniləyin;
-Antivirus proqramından istifadə edin;
-Hesablarınızda ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
Qeyd olunanlara əməl edərək bu cür təhdidlərin qurbanı olmaq riskini minimuma endirə bilərsiniz.

 

İKT 2023-04-14 12:06:00