×
A
A
A
Sazlamalar

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1926 nəfər işlə təmin edilib

Bakı, 14 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 3 ayda daha 723 şəxsə iş yerlərinə göndəriş verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərin bir il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da həmin işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla müvafiq işəgötürənlərə dəstək məqsədi daşıyır.
2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 636, o cümlədən bu il 151 işəgötürənlə əməkdaşlığa başlanılıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 1926 nəfər işlə təmin edilib.

Sosial 2023-04-14 11:46:00