Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb
Tərtər, 14 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Tərtər rayonunda ət və süd istehsalında artım qeydə alınıb.
Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilin ilk üç ayında rayonda 843,9 ton diri çəkidə ət, 6216,8 ton süd, 2910 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 31,4 ton və ya 3,9 faiz, süd istehsalı 294,4 ton və ya 5 faiz artıb. İstehsal olunan diri çəkidə ətin 843,5 tonu, südün 5988,5 tonu, yumurtanın isə hamısı ailə-kəndli ev və fərdi sahibkarlıq təsərrüfatlarının payına düşüb. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə üç ayda 0,4 ton ət, 228,3 ton süd istehsal olunub.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Cari ilin birinci rübündə rayonda 832 baş inək və camış süni yolla mayalandırılıb, 464 baş cinsi yaxşılaşdırılmış buzov doğulub.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb