×
A
A
A
Sazlamalar

Tərtər pambıqçıları bu günədək 926,5 hektar sahəyə çiyid səpiblər

Tərtər, 14 aprel, AZƏRTAC

Tərtər rayonunun pambıqçıları çiyid səpinini davam etdirirlər. Artıq qısa vaxtda 926,5 hektar sahədə səpin həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin pambıq mövsümü üçün Tərtər rayonunda 2457,4 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 420 istehsalçı və “Azərpambıq” MMC tərəfindən isə 302 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda çiyid səpininə 24 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

Kənd təsərrüfatı 2023-04-14 10:29:00