×
A
A
A
Sazlamalar

Samuxda 2192 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb

Samux, 14 aprel, Elcan Məmmədov, AZƏRTAC

Samux rayonunda yazlıq bitkilərin səpini davam etdirilir.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, cari ilin birinci rübündə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla, 2192,7 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 666,2 hektar və ya 43,6 faiz çoxdur.
Yazlıq səpinin 1965,7 hektarı və ya 89,6 faizi ailə kəndli və ev təsərrüfatlarının, 227 hektarı və ya 10,4 faizi isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.

Kənd təsərrüfatı 2023-04-14 10:04:00