Şəkidə 1387 hektar sahədə tütün əkini proqnozlaşdırılır
Şəki, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Cari mövsümdə rayonda 1387 hektarda tütün əkilməsi proqnozlaşdırılır. İlk günlər rayonun Cumakənd, Şorsu və Aşağı Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda 20 hektaradək sahəyə tütün şitilləri köçürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 1019 hektarda “Virciniya botaniki”, 368 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün əkini sahələri ötən illə müqayisədə 137 hektar artırılacaq. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 52,6 min kvadratmetr sahədə sadə istixanalar hazırlanıb.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1250 hektar sahədən 3602,5 ton quru tütün əldə ediblər.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb