Birinci rübdə Samuxda 427 baş heyvan süni yolla mayalandırılıb
Samux, 13 aprel, Elcan Məmmədov, AZƏRTAC
Samux rayonunda cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə iribuynuzlu mal-qaranın süni yolla mayalandırılması uğurla həyata keçirilir.
Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında 427 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumlatı ilə süni yolla mayalandırılıb.
Bu rübdə heyvanların süni mayalandırılmasından 189 baş cins buzov doğulub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 baş və ya 10,5 faiz çoxdur.
Rayonda mal-qaranın cinsinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının istehsalının artmasına müsbət təsir göstərir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb