×
A
A
A
Sazlamalar

Göyçayda yazlıq əkin işlərinə başlanılıb

Göyçay, 12 aprel, AZƏRTAC

Göyçay rayonunda yazlıq əkin işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, indiyədək 1030 hektar sahədə yazlıq əkin aparılıb. Sahələrdə tərəvəz, kartof və bostan, o cümlədən 230 hektar istixana şəraitində yetişdirilən faraş tərəvəz əkinləri nəzərdə tutulub. 140 hektar sahədə çəltik, 40 hektar sahədə isə dənlik qarğıdalı əkiləcək. Cari ildə yazlıq əkinlərin ümumi sahəsinin 2200 hektardan çox təşkil etməsi gözlənilir.
Qeyd edək ki, 2023-cü ilin birinci rübündə rayon üzrə 4813 istehsalçının fermer kartına dövlət dəstəyi olaraq ümumilikdə 2 milyon 349 min manat əkin subsidiyası kimi köçürülüb.

 

Kənd təsərrüfatı 2023-04-12 16:47:00