Ağdamda heyvandarlıq məhsulları istehsalı artıb
Ağdam, 12 aprel, AZƏRTAC
Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2023-ci ilin yanvar-mart aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2023-ci il aprelin 1-nə olan məlumata görə, iribuynuzlu mal-qara 48 min 302 baş olmaqla, keçən ilə nisbətən 3,8 faiz, qoyun və keçilər 104 min 181 baş olmaqla, 0,5 faiz artıb. Yanvar-mart aylarında 10 min 491,2 ton süd, 1168,7 ton ət istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 3,2 faiz, ət istehsalı 3,6 faiz çoxdur.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Bu ilin üç ayında 1450 baş inək və düyə süni mayalandırılıb, 781 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb