×
A
A
A
Sazlamalar

Minik avtomobillərini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 12 aprel, AZƏRTAC

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində “BMW” və “Porche” markalı minik avtomobillərinin yanması ilə bağlı məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, dərhal hadisə yerinə Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.
YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2023-04-12 02:28:00