×
A
A
A
Sazlamalar

® Gənc robototexniklərimiz ABŞ-da finala çıxdı!

NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq qatılan Azərbaycan elə ilk dəfədən mükafata layiq görülüb və finala vəsiqə qazanıb.

Yarışmaya “Azercell”in dəstəyi və “Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan MeckHack #9030 komandamız bu beynəlxalq tədbir üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edib. Dünyanın müxtəlif ölkəsini təmsil edən 51 komanda ilə mübarizə aparan məktəblilərimiz müsabiqənin nəticələrinə əsasən Hyuston şəhərində keçiriləcək çempionata vəsiqə qazanıb.
Qeyd edək ki, ilk dəfə bu müsabiqəyə qatılan Azərbaycan komandasının final mərhələyə yüksəlməsi artıq böyük uğurdur və yarışmanın tarixində nadir haldır. Komandamızın yanında olan “Azercell” Azərbaycanın gənc robototexniklərini təbrik edir və onlara yarışmanın final mərhələsində uğurlar arzulayır.

İKT 2023-04-12 04:18:00