×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb

Bakı, 11 aprel, AZƏRTAC

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı Xaçmaz, Bərdə rayonlarının və Bakı şəhərinin Suraxanı rayonunun ərazisində meşə fonduna daxil olmayan 42 ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 36 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanıb. Cinayət işləri istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Hadisə 2023-04-11 17:11:00