×
A
A
A
Sazlamalar

Fernando Alonso öz karyerasında əsas rəqibinin adını çəkib

Bakı, 11 aprel, AZƏRTAC

Fernando Alonso Formula 1 çempionatında çıxış etdiyi illər ərazində trasda müxtəlif nəslə mənsub pilotlarla rastlaşıb. Lakin ispaniyalının bütün rəqibləri arasında daha çox Mixael Şumaxer yadında qalıb. Məhz alman pilotla mübarizədə Alonso özünün hər iki çempion titulunu qazanıb.
AZƏRTAC xəbər verir ki, pilot “GP Fans” nəşrinə bu barədə deyib: “Bir rəqibi seçmək çətindir, çünki onlar hamısı trasda əla opponent və çox istedadlı yürüşçü idilər. Lakin mən Formula 1-ə gələndə Mixail Şumaxer təkcə yürüşlərdə deyil, hər mənada lider idi. Mixael ilə bərabər mübarizədə iştirak etmək həmişə ayrı cür olub. Bu səbəbdən məhz onu əsas rəqibim adlandırıram”.
Xatırladaq ki, ispaniyalı 2005-ci və 2006-cı illərdə “Renault” komandasının heyətində çempion adını qazanıb. Həmin mövsümlərdə onun əsas rəqibi almaniyalı Mixael Şumaxer (”Ferrari) və finlandiyalı Kimi Raykkonen (“McLaren”) idi.

 

 

İdman 2023-04-11 16:21:00