Neftçalada 2 min hektardan çox sahədə yazlıq əkin aparılıb
Neftçala, 11 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayon təsərrüfatlarında yaz tarla işləri davam edir. Fermerlər əlverişli hava şəraitindən yararlanaraq tarla işlərini optimal müddətdə yekunlaşdırmağa çalışırlar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, təsərrüfatlar üzrə 2011,1 hektar sahədə yaz əkinləri əkilib. Bunun 1411,5 hektarı yonca (payızlıq və yazlıq), 146,6 hektarı kartof, 53 hektarı tərəvəz, 250 hektarı pambıq, 150 hektarı vələmir bitkilərinin payına düşüb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb