×
A
A
A
Sazlamalar

Formula 1 yarışına hazırlıq çərçivəsində yollarda tikinti-quraşdırma işləri davam edir

Bakı, 11 aprel, AZƏRTAC

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissə nəqliyyatın hərəkətinə bağlanacaq.
BŞH vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

 

İdman 2023-04-11 14:55:00