×
A
A
A
Sazlamalar

“Apple” məhsullarında iki boşluq aşkar edilib

Bakı, 11 aprel, AZƏRTAC

“Apple” məhsullarında 2 boşluq (CVE-2023-28205, CVE-2023-28206) aşkar edilib.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, “CVE-2023-28205” boşluğu cihaza zərərli veb məzmun emal edildikdən sonra ixtiyari kod icra etməyə imkan verir.
“CVE-2023-28206” boşluğu isə nüvə imtiyazları ilə ixtiyari kod icra etməklə hədəf cihaza yüksək səviyyəli giriş imkanı verir.
Bu boşluqlar sistemə icazəsiz giriş və nəzarət imkanı verdiyi üçün fərdi məlumatların ələ keçirilməsi, silinməsi və daha ciddi problemlərə səbəb ola bilər.
Boşluqlar aşağıdakı cihazlara təsir edir:
• iPhone 8 və sonrakı modellər;
• iPad Pro (bütün modellər);
• iPad Air 3-cü nəsil və sonrakı modellər;
• iPad 5-ci nəsil və sonrakı modellər;
• iPad mini 5-ci nəsil və sonrakı modellər.
Həlli üçün yuxarıda qeyd olunan məhsulların dərhal ən son versiyaya yenilənməsi tövsiyə olunur.

 

İKT 2023-04-11 14:34:00