×
A
A
A
Sazlamalar

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Bakı, 11 aprel, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Xüsusi taqımının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Fərman İsgəndərov idarə etdiyi “KİA” markalı, 99-DP-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı Fərman İsgəndərovun narkotik maddə qəbul etməsi müəyyən olunduğundan barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Fərman İsgəndərov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.

 

Hadisə 2023-04-11 11:09:00